525.Az

Kardinal Corc Kuvakad Şəkiyə səfər edib


 

Kardinal Corc Kuvakad Şəkiyə səfər edib<b style="color:red"></b>

İyunun 17-də Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal  Corc Kuvakad Şəki şəhərində olub.

525.az xəbər verir ki, ali qonağı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı Fövqəladə və Səlahiyyətli Səfiri İlqar Muxtarov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev müşayiət ediblər.

Səfər çərşivəsində Şəki Xan Sarayı, Kiş kəndində yerləşən Alban kilsəsini və digər tarixi-memarlıq abidələrini ziyarət olunub. Ali qonağa Şəkinin qədim tarixi, memarlıq inciləri, eləcə də bölgə rast gəlinən xristian irsinə aid olan artefaktlar barədə geniş məlumat verilib. Kardinal Kuvakad bu günə qədər qorunub saxlanılan xristian abidələrinin Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın bariz nümunəsi olduğunu deyib.  Sonda Kardinal Kuvakada Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən rəmzi hədiyyələr təqdim olunub.

İyunun 18-də nümayəndə heyəti Qəbələ şəhərinə səfər edəcək.

Qeyd edək ki, iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal  Corc Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kardinal Kuvakad arasında ikitərəfli görüş keçirilib. Azərbaycan-Vatikan münbasibətləri müzakirə olunub.

 





17.06.2026    çap et  çap et