525.Az

NATO Hörmüz boğazında gəmiçiliyin bərpasına yardım etməyə hazırdır


 

NATO Hörmüz boğazında gəmiçiliyin bərpasına yardım etməyə hazırdır<b style="color:red"></b>

“Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsinin həlli alyansın vəzifələri siyahısına daxil deyil, lakin ehtiyac yaranarsa NATO kömək etməyə hazırdır”.

525.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

O bildirib ki, bu, NATO-nun fəaliyyət sahəsi kənardadır:

“Lakin Böyük Britaniya və Fransanın milli səviyyədə səyləri əlaqələndirməsi nümunəsi var”.

Rutte xatırladıb ki, bir sıra ölkələr Hörmüz boğazında gəmiçilik azadlığının bərpası əməliyyatlarında mümkün iştirak üçün Yaxın Şərq regionuna hərbi gəmilər göndəriblər.

O qeyd edib ki, alyans “zərurət yaranarsa hər zaman kömək etməyə hazırdır”. Əlavə edib ki, Avropa ölkələri, məsələn, boğazın minalardan təmizlənməsi işində ABŞ-yə yardım göstərə bilərlər.

Pərvanə Sultanova

 





17.06.2026    çap et  çap et