“ABŞ və İran arasında cümə günü imzalanması planlaşdırılan anlaşma memorandumu yekun saziş deyil”.
525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Əgər Vaşinqton Tehranın razılaşmanın şərtlərini yerinə yetirməsindən narazı qalsa, ABŞ İrana qarşı zərbələri yenidən bərpa edə bilər”. - Tramp deyib.
Əlavə edib ki, bu, yekun saziş deyil, bu, qarşılıqlı anlaşma memorandumudur:
“Əgər bu mənim xoşuma gəlməsə, onlar sözə bacmasalar, biz onlara yenidən atəş açacaq və başlarına bombalar yağdıracağıq".
Pərvanə Sultanova
çap et