525.Az

Millinin bazasının yaxınlığında dron vuruldu - DÇ-2026-da qalmaqal


 

Millinin bazasının yaxınlığında dron vuruldu - <b style="color:red"> DÇ-2026-da qalmaqal</b>

Meksikanın Qvadalahara şəhərində baş tutan Cənubi Koreya milli komandasının qapalı məşqi zamanı insident yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məşq meydançasının üzərində naməlum dron peyda olub. Dronun Cənubi Koreya yığmasının məşqini izləmək üçün istifadə edildiyi güman olunur.

Dron Cənubi Koreya milli komandasının təhlükəsizlik qrupunun üzvü tərəfindən görülüb. Baza təhlükəsizliyindən məsul olan Meksika hərbi qulluqçuları dronu zərərsizləşdiriblər.

Komanda nümayəndələri polis və hərbi qulluqçularla birlikdə tez bir zamanda qəza yerinə gəlsələr də, dronu işə salan naməlum şəxslər onu götürüb qaçmağı bacarıblar. Təlim bazasındakı kameralar şübhəli şəxslərin dronu götürüb hadisə yerindən qaçdığı anı qeydə alıb.

Meksika polisi artıq araşdırmaya başlayıb və Cənubi Koreya Futbol Assosiasiyası hadisə barədə FİFA-ya məlumat verib və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər görülməsini istəyib.

Qeyd edək ki, DÇ-2026-nın ilk turunda Çexiyanı 2:1 hesabı ilə məğlub edən Cənubi Koreya millisi növbəti matçını mundialın ev sahiblərindən olan Meksikaya qarşı keçirəcək.

İbrahim Cəfərov

 





17.06.2026    çap et  çap et