UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
525.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilən püşkatmada Azərbaycan təmsilçiləri "Neftçi" və “Zirə”nin də rəqibləri bilindi.
"Ağ-qaralar" bu mərhələdə "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Neftçi” ilk matçı evdə keçirəcək.
“Zirə” isə I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunu keçəcəyi təqdirdə, "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
çap et