525.Az

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə çoxtərəfli əməkdaşlığı müzakirə edib


 

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə çoxtərəfli əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Mədəniyyət naziri Adil Kərimli Parisdə UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.

525.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Görüşdə UNESCO çərçivəsində çoxtərəfli əməkdaşlıq, mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.

Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin beynəlxalq əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.

 





17.06.2026    çap et  çap et