525.Az

Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb


 

Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

525.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən erilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Göygöl rayonu, Çaylı kəndi ərazisində gizlədilmiş 2 ədəd "Toz-8" markalı odlu silah, ona məxsus 13 ədəd güllə və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





17.06.2026    çap et  çap et