525.Az

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq


 

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq<b style="color:red"></b>

Dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq iyulun 5-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC qrupu, eləcə də dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə növbəti test imtahanı keçiriləcək.

525.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Bakı şəhərində elektron formada təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyunun 19-u saat 11:00-dan etibarən aktivləşdiriləcək.

Qeyd edək ki, iyulun 16-da keçiriləcək imtahana qeydiyyatdan keçən namizədlərin bu imtahana qeydiyyatına icazə verilmir.

İmtahanların keçirilmə qrafikinə uyğun olaraq BB vəzifə qrupu üzrə avqust ayında keçirilməsi nəzərdə tutulan növbəti test imtahanı avqustun 2-də təşkil ediləcək. Həmin imtahan üçün qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

 





17.06.2026    çap et  çap et