525.Az

İƏT-in Ticarət və İnkişaf Bankının Azərbaycandakı fəaliyyəti müzakirə olunub


 

İƏT-in Ticarət və İnkişaf Bankının Azərbaycandakı fəaliyyəti müzakirə olunub<b style="color:red"></b>

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İnkişaf Bankının Azərbaycandakı cari fəaliyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Əli Əhmədov Bankın vitse-prezidenti Amir Nazir Qondalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycanda kapital bazarının mövcud inkişaf dinamikası və maliyyələşmə mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər nəzərdən keçirilib, "2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində kapital bazarlarının dərinliyinin artırılması, yeni maliyyə alətlərinin təşviqi və bazar iştirakçılarının fəaliyyətinin genişləndirilməsi istiqamətində müəyyən edilmiş strateji prioritetlər barədə məlumat verilib, potensial birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

 





17.06.2026    çap et  çap et