525.Az

İngiltərə millisi tarixə düşə bilər - DÇ-2026


 

İngiltərə millisi tarixə düşə bilər - <b style="color:red"> DÇ-2026</b>

İngiltərə milli komandası DÇ-2026-nın gedişində əlavə bir oyun keçirmək imkanını nəzərdən keçirir.

525.az BBC-yə istinadən xəbər verir ki, Tomas Tuxelin komandası MLS klubu “Sportinq Kanzas City” ilə qapalı yoldaşlıq görüşü keçirmək barədə danışıqlar aparır. Matç Xorvatiya və Qana ilə qrup mərhələsi oyunları arasında keçirilə bilər.  

Oyun baş tutarsa, İngiltərə millisi tarixə Dünya çempionatı zamanı yoldaşlıq görüşü keçirən ilk komanda kimi düşəcək.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bu variantın müzakirə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, İngiltərə Xorvatiya ilə bu gün, Qana ilə isə iyunun 23-də qarşılaşacaq.

İbrahim Cəfərov

 





17.06.2026    çap et  çap et