“7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” əməkdaşlıq və biznesi inkişaf etdirmək üçün mühüm platformaya çevrilib. Burada iştirak edən sahibkarlar, iş adamları və şirkətlər danışıqlar aparıb faydalı əməkdaşlıq əlaqələri qura bilirlər".
525.az xəbər verir ki, bu sözləri “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin açılış mərasimində çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, şirkət rəhbərləri bu platformadan istifadə edərək bizneslərini genişləndirə bilərlər. Bu işdə “Marsol Group” xüsusi rolunu qeyd edən O.Məmmədov vurğulayıb ki, ildən-ilə sərgidə nümayiş olunan məhsul və xidmətlərin çeşidi artır.
“Artıq Azərbaycan məsulları xarici bazarda diqqət çəkir və rəğbətlə qarşılanır. “Made in Azerbaijan” brendi adı altında istehsal olunan mallar həm region, həm də beynəlxalq səviyyəli bazarlarda özünə yer tapıb. Bu gün aktual xarakter daşıyan yaşıl iqtisadiyyat trendi Azərbaycanda da nəzərdən qaçmayıb. Nümayiş olunan stendlərdə bunu görmək olar. Azərbaycan dünya trendindən geridə qalmayaraq biznesdə rəqəmsallaşmanın tətbiqini həyata keçirir. Müasir dövrümüzün aktual məsələlərindən biri də yeni – “ağıllı şəhər”lərin salınması məsələsidir. Bu sərgidə iştirak edən bəzi şirkətlər şəhərsalmada yeni dizayn və texnologiyaların tətbiqini nümayiş etdirirlər. Sərgi Azərbaycanın biznes potensialını göstərir və xarici bazarlara çıxış imkanlarını artırır”, - deyə Orxan Məmmədov vurğulayıb.
çap et