525.Az

Xocalıda salınmış intensiv meyvə bağları ilə tanışlıq olub


 

Xocalıda salınmış intensiv meyvə bağları ilə tanışlıq olub<b style="color:red"></b>

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində "Agro-Lid" MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olublar.

525.az xəbər verir ki, iclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib.

Daha əvvəl Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib və "Qoç Ət"in heyvandarlıq kompleksi ilə tanışlıq olub.

 





17.06.2026    çap et  çap et