525.Az

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub


 

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub<b style="color:red"></b>

UNESCO-nun Parisdə yerləşən Baş qərargahında Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumuna dair məlumat sessiyası keçirilib.

525.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO-nun Sosial Siyasət və İnklüzivlik üzrə direktoru, Baş direktorun Elm sektoru üzrə müavini Qustavo Merino çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən başlayan Bakı Prosesi və bu çərçivədə 2011-ci ildən etibarən 6 dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq humanitar əməkdaşlığın nüfuzlu platformasına çevrildiyi vurğulanıb. Əsas beynəlxalq tərəfdaşlardan biri kimi UNESCO-nun bu prosesə daha fəal dəstək göstərəcəyi qeyd edilib.

Bildirilib ki, forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini bir araya gətirərək dialoq, qarşılıqlı anlaşma və həmrəylik ideyalarının təşviqinə xidmət edir.

Daha sonra 2026-cı il oktyabrın 27-29-da ölkəmizdə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun prioritet istiqamətləri, forumun konsepsiyası, proqramı və gözlənilən nəticələri barədə ətraflı təqdimat edilib, broşürlər paylanılıb.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Çıxışçılar Bakı Prosesinə dəstəyini ifadə edib.

 





17.06.2026    çap et  çap et