525.Az

Ronaldo dünya çempionatlarının tarixinə düşdü


 

Ronaldo dünya çempionatlarının tarixinə düşdü<b style="color:red"></b>

Portuqaliya millisi DÇ-2026-dakı ilk oyununda Konqo ilə heç-heçə oynayıb - 1:1.

525.az xəbər verir ki, Portuqaliya yığmasının əsas ulduzu Kriştianu Ronaldo start heyətində meydana çıxıb. Bununla da o, dünya çempionatlarının tarixinə düşüb. Belə ki, Ronaldo 41 yaş 132 günlə mundiallar tarixində start heyətində yer alan ən yaşlı meydan futbolçusu olub.

Bu göstəricidə portuqaliyalı ulduz yalnız Misir millisinin sabiq qapıçısı Essam Əl-Hadaridən geri qalır. Misirli qolkiper DÇ-2018-də Səudiyyə Ərəbistanı ilə oyunda 45 yaş 161 günlüyündə meydana çıxıb.

İbrahim Cəfərov

 





18.06.2026    çap et  çap et