525.Az

Millinin oyunu ilə əlaqədar Özbəkistanda iş saatı gec başlayacaq


 

Millinin oyunu ilə əlaqədar Özbəkistanda iş saatı gec başlayacaq<b style="color:red"></b>

İyunun 18-də Özbəkistan millisi dünya çempionatında debüt edəcək.

525.az xəbər verir ki, komanda Bakı vaxtı ilə 08:00-da Kolumbiya ilə üz-üzə gələcək.

Bu səbəbdən də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət təşkilatlarının işçilərinə iş gününə adi vaxtdan gec – 10:00-da başlamağa icazə verib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov məlumat verib.

“Matçın Özbəkistan vaxtı ilə kifayət qədər tez başladığını nəzərə alaraq, azarkeşlərimizə şərait yaratmaq üçün Prezidentimiz iş gününün başlanmasını saat 10:00-a təyin edib”, - deyə Asadov bildirib.

İbrahim Cəfərov

 





18.06.2026    çap et  çap et