Portuqaliyalı yarımmüdafiəçi Joao Neveş DÇ-2026-da Konqoya qarşı keçirilən matçda qol vurub.
525.az xəbər verir ki, 21 yaşlı futbolçu 6-cı dəqiqədə başla rəqib qapısına yol tapıb. Bu qol Neveş üçün əlamətdar olub.
“Opta Sports”un məlumatına görə, o, XXI əsrdə Dünya çempionatında başla qol vuran ən qısaboylu ikinci oyunçu olub. Neveşin boyu 174 sm-dir. Bu göstərici ilə portuqaliyalı futbolçu yalnız uruqvaylı Corciana de Arraskaetadan (173 sm) geri qalır.
Xatırladaq ki, Portuqaliya - Konqo matçı 1:1 hesabı ilə yekunlaşıb.
İbrahim Cəfərov
çap et