Antverpen yaxınlığında, Mortsel şəhərciyində nadir hallarda rast gəlinən qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətdə olan 2 tramvay toqquşub.
Tramvaylardan biri qəfildən sürəti artıraraq öndə gedən "adaşına" çırpılıb.
Dünən günorta saatlarında yaşanan qəzada 9 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Digər 6 sərnişin və sürücü yüngül xəsarət alıb.
Qeyd edək ki, ilkin versiyaya görə qəza nəqliyyat vasitəsində yaranan texniki problem üzündən yaşanıb.
L.Tağıyeva
çap et