“Biz şagirdləri vahid geyim formasında təhsil müəssisəsinə dəvət ediriksə, əlbəttə ki, təhsil verənlərin də, yəni müəllimlərin də vahid geyim formasında tədris prosesinə cəlb olunması tamamilə yerində olan bir qərardır. Çünki bunu təkcə bizim ölkədə deyil, beynəlxalq təcrübədə də görürük”.
Bunu 525.az-a təəhsil eksperti Ramin Nurəliyev deyib. Ekspert bildirib ki, təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində müəllimlər üçün müəyyən edilmiş vahid geyim forması mövcuddur:
“Müəllimlərin vahid formada olması təklifini dəstəkləyirəm. Bu həm sosial bərabərliyi təmin etmiş olacaq, həm də müəyyən mənada fərqliliyin qarşısını alacaq. Məsələn, biri imkanlı müəllimdir və daha dəbdəbəli geyimlə dərsə gələ bilər, digəri isə buna imkan tapmaya bilər. Bu baxımdan sosial bərabərliyin təmin olunmasında vahid geyim formasının mühüm rolu olacaq”.
Sevinc Qarayeva
çap et