525.Az

Azərbaycan nefti cüzi ucuzlaşıb


 

Azərbaycan nefti cüzi ucuzlaşıb<b style="color:red"></b>

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % azalaraq 82,6 ABŞ dolları təşkil edib.

Bu barədə  525.az məlumat verir.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 80,35 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % artaraq 80,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 





18.06.2026    çap et  çap et