525.Az

"Banklar rəqabətə davam gətirmək üçün rüsumları endirməyə məcbur qalacaqlar" - Mütəxəssis


 

"Banklar rəqabətə davam gətirmək üçün rüsumları endirməyə məcbur qalacaqlar" - <b style="color:red">Mütəxəssis</b>

“Azərbaycanda iyunun 1-dən etibarən kartla ödənişlər zamanı tətbiq olunan interçeync (banklararası xidmət haqqı) üzrə yeni limitlər qüvvəyə minib. Yeni qaydalara əsasən, aptek və supermarketlərdə bu haqqın yuxarı həddi 1,25 faiz, yanacaqdoldurma məntəqələrində 0,75 faiz, digər ümumi kateqoriyalarda isə maksimum 1,5 faiz müəyyənləşdirilib. Bəzi fəaliyyət sahələri üzrə isə konkret yuxarı hədd tətbiq olunmayacaq. Qərarın əsas məqsədi banklararası hesablaşmaların tənzimlənməsi, nağdsız ödənişlərin inkişafının dəstəklənməsi və ödəniş sistemində daha balanslı mexanizmin formalaşdırılmasıdır. Məlumat üçün bildirim ki, bu qərarın birbaşa keşbek və ya ticarət şəbəkələri ilə bağlı deyil. Bu sırf banklararası hesablaşma sisteminə aiddir”.

 Bank-maliyyə ekspert Əkrəm Həsənov bunu 525.az-a söyləyib. Ekspert hesab edir ki, rüsumların ucuzlaşması yalnız sağlam rəqabət mühitində, bankların müştəri itirməmək adına atacağı könüllü addımlarla mümkün ola bilər. Çünki hər hansı bir bank öz komissiyasını azaltsa, ora müştəri axını baş verəcək və belə olduqda digər banklar da rəqabətə davam gətirmək üçün rüsumları endirməyə məcbur qalacaqlar.

Sevinc Qarayeva 
 

 





18.06.2026    çap et  çap et