525.Az

Azərbaycanda kompüter istehsalı mayda 10 dəfə artıb


 

Azərbaycanda kompüter istehsalı mayda 10 dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanda 692 ədəd noutbuk, 287 ədəd stolüstü kompüter istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 51,5 % və 83,1 % azdır.

Mayda Azərbaycanda noutbuk istehsal edilməyib. Hesabat ayında 113 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 10 dəfə çoxdur.

2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.

 





18.06.2026    çap et  çap et