525.Az

Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemi yenilənib


 

Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemi yenilənib<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.

Bu barədə 525.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.

Qeyd edilib ki, yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.

 





18.06.2026    çap et  çap et