525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 3-5, gündüz 9-14 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-65 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında martın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 isti olacağı gözlənilir.

 





06.03.2015    çap et  çap et