Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisi müəyyənləşib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, komanda İsmail Kartala tapşırılıb.
Bununla da, təcrübəli mütəxəssis 2 ildən sonra İstanbul klubuna qayıdıb. Ümumilikdə isə bu, Kartalın “Fənərbaxça”dakı dördüncü dönəmidir.
İsmail Kartal son olaraq Ali Koçun prezidentliyi dövründə, 2023-2024 mövsümündə “Fənərbaxça”nın baş məşqçisi olub. Həmin vaxt komanda 99 xalla çempionatı ikinci pillədə tamamlamışdı. Buna qədər isə Kartal, 2014-2015 və 2021-2022 mövsümlərində də “Fənərbaxça”nı çalışdırıb.
İbrahim Cəfərov
çap et