İran prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanmış memorandumu tarixi sənəd adlandırıb.
525.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb
"Bu, tarixi bir sənəd və güclü İrandan verilən mesajdır: qarşılıqlı hörmət olduğu təqdirdə, sülh reallığa çevrilə bilər”, - Pezeşkian bildirib.
O, İranın bütün dünyada sülhə, tərəqqiyə və regional əməkdaşlığa qətiyyətlə sadiq qaldığını qeyd edib.
İran və ABŞ iyunun 18-nə keçən gecə fevralın 28-də başlamış hərbi münaqişənin başa çatdırılmasını nəzərdə tutan memorandumu məsafədən imzalayıblar.
Memorandumda həmçinin ABŞ-ın dəniz blokadasını nə vaxt aradan qaldıracağı, İranın isə Hörmüz boğazı vasitəsilə gəmiçiliyi hansı müddətdə bərpa edəcəyi müəyyənləşdirilib.
Pərvanə Sultanova
çap et