525.Az

“Tramp Netanyahunun yeni bombardmanla bağlı tələblərindən yorulub” -  WSJ


 

“Tramp Netanyahunun yeni bombardmanla bağlı tələblərindən yorulub” - <b style="color:red"> WSJ</b>

“ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatların davam etdirilməsində israr edən İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışıqlarından yorulub”. 

525.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr yazıb ki, Netanyahu dəfələrlə Trampa zəng edərək İsrail kəşfiyyatının əldə etdiyi məlumatlara istinad edib və niyə hansısa hədəfə zərbə vurmaq lazım olduğunu izah etməyə çalışıb. Bu vəziyyət ABŞ prezidentinin sərt reaksiyasına səbəb olub. Belə ki, son söhbətlərdən birində Tramp Netanyahunu “dəli” adlandırıb və ABŞ-ın dəstəyi olmasaydı, onun hətta həbsxanaya düşə biləcəyinə eyham vurub.

WSJ-nin məlumatına görə, narazılıq İranla müharibəyə münasibətdə mövcud olan fundamental fikir ayrılıqları səbəbindən daha da dərinləşir. Diplomatik razılaşmalara şübhə ilə yanaşan Netanyahu Vaşinqtonu hərbi təzyiqi davam etdirməyə çağırır.

Pərvanə Sultanova

 





18.06.2026    çap et  çap et