525.Az

Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək


 

Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək<b style="color:red"></b>

Azərbaycan və Monteneqro Ombudsman təsisatları arasında anlaşma memorandumu imzalanıb.

525.az xəbər verir ki, mərasim "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində baş tutub.

Sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi Sinişa Byekoviç imzalayıblar.

Memorandum qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə praktiki və araşdırma işinin görülməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədi daşıyır.

 





18.06.2026    çap et  çap et