525.Az

Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib


 

Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə "Multi Solutions" və "Cibpay" MMC-lərin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən qəbul olunub.

Beləliklə, ölkədə ödəniş təşkilatlarının sayı 9-dan 7-yə düşüb, əvəzində elektron pul təşkilatlarının sayı 13-dən 15-ə qalxıb.

 





18.06.2026    çap et  çap et