525.Az

Tikinti materiallarının istehsalı 5,9 faiz artıb


 

Tikinti materiallarının istehsalı 5,9 faiz artıb<b style="color:red"></b>

Tikinti materiallarının istehsalı sahəsində cari ilin yanvar-may aylarında istehsalın ümumi dəyəri 568,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb.

525.az Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, dövr ərzində əhəng istehsalı 65,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 38,4 faiz artıb.

 

 





18.06.2026    çap et  çap et