525.Az

Qəzzada ölənlərin sayı 73 mini ötdü


 

Qəzzada ölənlərin sayı <b style="color:red"> 73 mini ötdü</b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 48 saat ərzində 2 mülki şəxs həlak olub, 8 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1007 nəfər həlak olub, 3165 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 73 018-ə, yaralıların sayı isə 173 273 nəfərə çatıb.

İbrahim Cəfərov

 





18.06.2026    çap et  çap et