525.Az

Azərbaycan-Macarıstan birgə aqrar universitetinin yaradılması imkanları nəzərdən keçirilir


 

Azərbaycan-Macarıstan birgə aqrar universitetinin yaradılması imkanları nəzərdən keçirilir<b style="color:red"></b>

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) arasında ikili diplom proqramı çərçivəsində, hər iki ali təhsil müəssisəsinin bazasında Azərbaycan-Macarıstan Aqrar Universitetinin yaradılması imkanları müzakirə olunub.

525.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Məcnun Məmmədov ilə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma arasında keçirilən görüşdə aparılıb.

Görüşdə aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələsinə də toxunulub.

M. Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri müzakirə olunub.

 





18.06.2026    çap et  çap et