525.Az

Portuqaliya millisi antirekordunu təkrarladı - DÇ-2026


 

Portuqaliya millisi antirekordunu təkrarladı - <b style="color:red"> DÇ-2026</b>

Portuqaliya milli komandası DÇ-2026-dakı ilk oyununda Konqo Demokratik Respublikası ilə oyunda (1:1) qapıya doğru cəmi 7 zərbə endirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə ilə Portuqaliya yığması dünya çempionatlarında antirekordunu təkrarlayıb.

Buna qədər portuqallar yalnız 2002-ci ildə keçirilən dünya çempionatında Cənubi Koreya ilə matçda rəqib qapısına cəmi 7 zərbə endirmişdilər.

Qeyd edək ki, həmin mundialda Portuqaliya millisi qrupda qalmışdı.

İbrahim Cəfərov

 





19.06.2026    çap et  çap et