525.Az

Çexiya - CAR oyunu tarixə düşdü


 

Çexiya - CAR oyunu tarixə düşdü<b style="color:red"></b>

DÇ-2026-da qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Çexiya - CAR matçı (1:1) mundialların tarixinə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatları tarixində ilk dəfə olaraq hər iki komandanın baş məşqçisinin yaşı 70-dən yuxarı olub.

Çexiya millisinin baş məşqçisi Miroslav Koubek 75 yaşındadır. O, 1 sentyabr 1951-ci ildə Praqada anadan olub.

Koubekin CAR millisindəki həmkarı Uqo Broosun isə 74 yaşı var. Belçikalı mütəxəssis 1952-ci ilin 10 aprelində dünyaya gəlib.

Qeyd edək ki, Kurasao millisinin çalışdırıcısı 78 yaşlı Dik Advokat Almaniya ilə matçda dünya çempionatları tarixinə ən yaşlı məşqçi kimi düşüb.

İbrahim Cəfərov

 





19.06.2026    çap et  çap et