Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-da qrup mərhələsinin ikinci turu çərçivəsində Haitiyə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.
525.az TMC-yə istinadən xəbər verir ki, bu səbəbdən də o, komandası ilə birgə matça yollanmayıb və yığmanın məskunlaşdığı Nyu-Cersidə qalıb.
Təcrübəli forvard həkim nəzarətində zədəsini bərpa etməklə məşğuldur.
Xatırladaq ki, Braziliya millisi ilk turda Mərakeşlə heç-heçə edib - 1:1. Neymar zədə səbəbindən həmin matçda da meydana çıxmayıb.
İbrahim Cəfərov
çap et