525.Az

"Müasir gənclik və milli-mənəvi dəyərlər" müzakirə edilib


 

"Müasir gənclik və milli-mənəvi dəyərlər" müzakirə edilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Filologiya fakultəsində "Müasir gənclik və milli-mənəvi dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan dekan müavini dosent Cavanşir Muradov konfransın Təhsil Nazirliyinin göstərişi ilə hazırlandığını və keçirildiyini bildirib. Konfransda qaldırılan məsələlərin əhatə dairəsi və qarşıya qoyulan vəzifə və məqsədlər haqqında münasibətdən bəhs açan Cavanşir Muradov konfransda oxunacaq məruzələr haqqında danışıb.
 
İlk çıxış üçün söz Müasir Azərbaycan ədəbiyyat kafedrasının müdiri, professor Tofiq Hüseynoğluya verilib.

Professor "Müasir gənclik və milli-mənəvi tərbiyənin aktual problemləri" mövzusunda geniş məruzə edib.

Məruzəçi mövzu ilə əlaqədar elmi-nəzəri və ədəbi-bədii materiallardan istifadə ilə maraqlı fikirlər söyləyib.

Daha sonra Şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Bəkir Çobanzadə adına Türkoloji araşdırmalar ETL-nin əməkdaşı Pərvin Eyvazov, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşı Xəyalə Əfəndiyeva çıxış edərək müasir gəncliyin milli köklərə bağlı, əxlaqi dəyərlərə sadiq bir ruhda tərbiyə olunmağın vacibliyindən söz açıblar.

Konfrans tələbələrin sualları ətrafında qurulan müzakirə ilə başa çatıb.

 





06.03.2015    çap et  çap et