Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan 525 az-a bildirilib ki, memorandumda iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Shuhrat Sirojiddinov imzalayıb
Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti “QS Dünya Universitetləri Fənlər üzrə Reytinqi”ndə 2026-cı il üzrə 251–300-cü yerlər aralığında qərarlaşır.
çap et