"Fənərbaxça" hücum xəttini gücləndirib.
525.az xəbər verir ki, İstanbul təmsilçisi "Malyorka"dan Vedat Muriqinin keçidini həll edib. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçu müqavilə imzalamaq üçün artıq İstanbuldadır.
"Fənərbaxça" 32 yaşlı kosovolu hücumçu üçün onun klubuna 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vedat Muriqi ötən mövsüm "Malyorka"nın heyətində 37 oyunda 23 qol vurub. Kosovo millisinin üzvü 2019/20 mövsümündə də "Fənərbaxça"da çıxış edib və 32 oyuna 17 qol vurub.
çap et