525.Az

Qanunsuz saxlanılan silahlar aşkarlanıb


 

Qanunsuz saxlanılan silahlar aşkarlanıb<b style="color:red"></b>

İyunun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





19.06.2026    çap et  çap et