525.Az

“Azercell”in “Premium” abunəçilərinə “Atəşgah Sığorta”dan 20 faiz endirim


 

“Azercell”in “Premium” abunəçilərinə “Atəşgah Sığorta”dan 20 faiz endirim<b style="color:red"></b>

Şirkət “Premium” tariflərinin eksklüziv üstünlüklərini genişləndirir

“Azercell Telekom” MMC “Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir.

Bu dəfə şirkət “Premium” və “Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər “Atəşgah Sığorta”nın “Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət “Azercell” abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.

“Premium” və “Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün “Azercell” tətbiqinin “Eksklüziv təkliflər” bölməsindəki “Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə müraciət edə bilərlər.

Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/premium-plus.html

 





19.06.2026    çap et  çap et