525.Az

Nigerdə hava limanına hücum - 22 ölü


 

Nigerdə hava limanına hücum - <b style="color:red"> 22 ölü</b>

Nigerin paytaxtı Niameydəki Diori Hamani Beynəlxalq hava limanına silahlı şəxslər hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri hücumdan sonra qaçmaq istəyən silahlıları yaxalamaq üçün hava limanının ətrafını mühasirəyə alıblar və ərazidən çıxan bütün nəqliyyat vasitələri axtarılıb.

Bu, ölkədə beş aydan az müddətdə baş verən ikinci belə hücumdur.

Niger Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, hücumda 35 nəfər həyatını itirib. Onlardan 22-si hücum edən silahlılar, 11-i əsgər və 2-si isə mülki şəxs olub.

Bəyanatda həmçinin hücum zamanı 4 silahlının yaralandığı və hadisə ilə əlaqəli olduğu güman edilən 20 nəfərin həbs edildiyi vurğulanıb. qeyd edilib.

İbrahim Cəfərov

 





19.06.2026    çap et  çap et