525.Az

Azərbaycanın futzal millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib


 

Azərbaycanın futzal millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib<b style="color:red"></b>

Azərbaycanın futzal millisinin 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsindəki rəqibləri bəlli olub.

525.az xəbər verir ki, Yevgeni Kukseviçin başçılıq etdiyi komanda 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə üz-üzə gələcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 "ikinci" elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

 





19.06.2026    çap et  çap et