525.Az

İran ABŞ-a dialoqun bərpası üçün Livanda atəşkəs zəmanəti istəyir


 

İran ABŞ-a dialoqun bərpası üçün Livanda atəşkəs zəmanəti istəyir<b style="color:red"></b>

İran ABŞ ilə İsveçrədə danışıqların bərpası üçün şərt kimi Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət tələb edib. 

525.az xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.

"İranlılar imzalanmış sazişdə nəzərdə tutulduğu kimi Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət tələb ediblər. Vasitəçilər hazırda bu məsələni həll etmək üçün çalışırlar", - mənbə bildirib.

Qeyd olunub ki, planlaşdırılan danışıqlar İsrailin Livana hücumlarından sonra müvəqqəti olaraq təxirə salınıb və danışıqların nə vaxt bərpa olunacağı dəqiqləşdirilməyib.

Pərvanə Sultanova

 





19.06.2026    çap et  çap et