525.Az

İsrail “Hizbullah”ın 80 hədəfinə zərbə endirib, ölənlər var


 

İsrail “Hizbullah”ın 80 hədəfinə zərbə endirib, ölənlər var<b style="color:red"></b>

İsrail Müdafiə Qüvvələri Nəbatiyə də daxil olmaqla, Livanın cənubundakı müxtəlif  ərazilərdə 80-dən çox “Hizbullah” hədəfinə zərbələr endirib.

525.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail, həmçinin Livanın şərqindəki Bekaa vadisində “Hizbullah”ın iki komandanlıq mərkəzinə zərbələr endirib. Nəticədə mərkəzdə fəaliyyət göstərən onlarla “Hizbullah”üzvü öldürülüb.

Ordu Livanın cənubundakı missiyasını davam etdirdiyini və əsas hədəflərdən birinin “Hizbullah” tərəfindən illər ərzində Boforta bölgəsində inşa edilmiş strateji yeraltı infrastrukturun məhv edilməsi olduğunu açıqlayıb.

Daha əvvəl Livan Səhiyyə Nazirliyi İsrailin 19 iyun gecə yarısından səhərə qədər Livanın cənubundakı müxtəlif ərazilərə intensiv hücumları nəticəsində 18 nəfərin öldüyünü və 33 nəfərin yaralandığını bildirib.

Pərvanə Sultanova

 





19.06.2026    çap et  çap et