“Hizbullah”ın Livandakı İsrail qüvvələrinə qarşı hər hansı bir hücumuna cavab verəcək".
525.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
O bildirib ki, qoşunları Livanın cənubundan geri çəkilmək niyyətində deyil. Baş nazir Livana gecə hücumlarından sonrakı mövcud vəziyyəti qiymətləndirmək üçün bu səhər müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamir ilə görüş keçirdiyini söyləyib.
"Mənim əmrim çox aydındır: İsrail əsgərlərimizə və ya ərazimizə qarşı hücumlara dözməyəcək və “Hizbullah”ı bu hücumlara görə çox ağır bədəl ödəməyə məcbur edəcək. İsrail ordusu qüvvələrimizə və ərazimizə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün tədbirlər görəcək", - Netanyahu deyib.
Əlavə edib ki, İsrail ölkənin şimal yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu qədər Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq.
Onun sözlərinə görə, bu gecə və səhər Livana edilən hücumlar, Bekaa vadisindəki komanda məntəqələri də daxil olmaqla, “Hizbullah”ın 80-dən çox hədəfinin vurulması Livanın cənubunda İsrailin tank heyətinə edilən hücuma cavab idi. Bu toqquşmada polkovnik rütbəli batalyon komandiri də daxil olmaqla dörd əsgər həlak olub.
Pərvanə Sultanova
çap et