“Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in 96 il yaşı tamam olur. 96 il ərzində UNEC on minlərlə peşəkar yetişdirərək ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir. Bu zəngin tarix, əldə olunan nailiyyətlər və formalaşan ənənələr hər birimiz üçün böyük qürur mənbəyidir. Bu şərəfli yolun hər bir uğurunda universitetimizin professor-müəllim heyətinin, əməkdaşlarının, tələbələrinin və məzunlarının əməyi, zəhməti və fədakarlığı dayanır”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, bu gün UNEC yalnız zəngin tarixi ilə deyil, həm də yenilikçi yanaşmaları, beynəlxalq uğurları və gələcəyə yönəlmiş inkişaf strategiyası ilə fərqlənir:
“Bu əlamətdar gündə bütün professor-müəllim heyətini, əməkdaşlarımızı, tələbələrimizi, məzunlarımızı və bütün UNECsevərləri təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni uğurlar və tükənməz enerji arzulayıram. Qoy UNEC bundan sonra da elm, təhsil və innovasiya sahəsində yeni zirvələr fəth etsin, dünyanın ən nüfuzlu universitetləri sırasında mövqeyini daha da gücləndirsin”.
Sevinc Qarayeva
çap et