DÇ-2026-nın ikinci turu çərçivəsində keçirilən Türkiyə - Paraqvay oyununun (0:1) ən yaxşısı müəyyənləşib.
525.az FİFA-nın saytına istinadən xəbər verir ki, görüşün ən yaxşısı adına Paraqvay millisinin futbolçusu Matias Qalarsa layiq görülüb. Paraqvaylı yarımmüdafiəçi ikinci dəqiqədə görüşdəki yeganə qolu vurmaqla komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu, Paraqvayın DÇ-2026-dakı ilk qələbəsidir. Komanda ilk turda ABŞ-a 1:4 hesabı ilə uduzmuşdu.
İbrahim Cəfərov
çap et