Türkiyə millisi DÇ-2026-da antirekorda imza atıb.
525.az “Opta”ya istinadən xəbər verir ki, “ay-ulduzlular” 2 matçda rəqib qapısına 61 zərbə endirsə də, bir qol belə vurmayıb. Bu isə antirekorddur.
Türkiyə yığmasına qədər dünya çempionatlarında heç bir komanda rəqib qapısına endirdiyi bu qədər zərbə qarşılığında qolsuz qalmayıb (statistik hesablamalar 1966-cı ildən aparılır).
Vinçentso Montellanın komandası Avstraliya matçda rəqib qapısına 30, Paraqvayla görüşdə isə 31 zərbə endirib. Buna baxmayaraq, Türkiyə ilk görüşdə 0:2, ikinci matçda isə 0:1 hesabı ilə uduzub. Komanda ardıcıl iki məğlubiyyətdən sonra qrupdan çıxmaq şansını itirib.
İbrahim Cəfərov
çap et