525.Az

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək


 

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək<b style="color:red"></b>

Laçın rayonunun Sus kəndi ərazisində iyunun 23-ü saat 10:00-da minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək.

525.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarmarka Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbir ANAMA-nın mobil bazasının inzibati binasında baş tutacaq. Yarmarkada xüsusilə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim olunacaq.

 





20.06.2026    çap et  çap et