525.Az

Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib


 

Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanda 4 min 425,5 ton çay istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.

İyunun 1-nə ölkədə 99 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 45,8 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 2 milyard 255,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7 % çoxdur.

 





20.06.2026    çap et  çap et