525.Az

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 faizə yaxın artıb


 

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 faizə yaxın artıb<b style="color:red"></b>

14:16

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 119,8 milyon manat olub.

Bu barədə 525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,8 % çoxdur.

5 ayda ölkədə özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 % artaraq 554,1 milyon manat olub.

 





20.06.2026    çap et  çap et